Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib


14-06-2020, 20:01
Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib


Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Rubrika.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9 957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4 255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 087 koronavirus testi aparılıb.

Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün ümumilikdə 381 846 test aparılıb.



Rubrika.Az
Geri qayıt