Əsas Səhifə > Cəmiyyət > Abşeronda sərt karantin qaydalarını pozan sürücü və sərnişin həbs edilib FOTO

Abşeronda sərt karantin qaydalarını pozan sürücü və sərnişin həbs edilib FOTO


14-06-2020, 20:11
Abşeronda sərt karantin qaydalarını pozan sürücü və sərnişin həbs edilib FOTO



Koronavirus pandemiyası ilə mübarizədə tətbiq edilən sərt karantin qaydalarına zidd olaraq, Bakı şəhərinə avtomobilin yük yerində gəlmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qaydalara əməl etməyən paytaxt sakini Anar Xəlilov bu gün Masazır qəsəbəsində yerləşən polis postunda saxlanıb.

Sürücü yoxlanan zaman onun sərt karantin dövründə hərəkət icazəsinin olduğu müəyyən edilib. Amma sürücünün nəqliyyat vasitəsi yoxlanarkən avtomobilin yük yerində bir nəfərin gizləndiyi məlum olub.

Araşdırma zamanı həmin şəxsin Füzuli rayon sakini Tofiq Səfərov olduğu və onun sərt karantin rejimində hərəkət icazəsinin olmadığı müəyyən edilib. Sürücü və sərnişin saxlanaraq Abşleron Rayon polis İdarəsinə gətiriliblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş qaydada protokol tərtib olunub. Onlar məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs ediliblər.




Abşeronda sərt karantin qaydalarını pozan sürücü və sərnişin həbs edilib FOTO

Abşeronda sərt karantin qaydalarını pozan sürücü və sərnişin həbs edilib FOTO



Rubrika.Az
Geri qayıt