Əsas Səhifə > Dünya > Putin Makronu parada dəvət etmədi
Putin Makronu parada dəvət etmədi15-06-2020, 17:16 |
![]() Fransa Prezidenti Emannuel Makron faşizm üzərində qələbənin 75 illiyi şərəfinə Moskvada təşkil edilən parada dəvət edilməyib. Bu barədə RİA Novosti-yə Yelisey sarayının mətbuat xidmətindən məlumat verilib. "Cənab Makron Moskvaya getməyəcək, Rusiya hakimiyyətindən dəvət almadı",-deyə məlumatda bildirilib. Xatırladaq ki, bu il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunur. Zəfər Paradı pandemiya ilə əlaqədar iyunun 24-də Qırmızı meydanda keçiriləcək. Tədbirə MDB ölkələrinin başçıları və digər dövlətlərin rəhbərləri də dəvət olunublar. Rubrika.az Geri qayıt |