Əsas Səhifə > Cəmiyyət > Sosial şəbəkələrdə avtomobilin təhlükəli manevr etməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanıb
Sosial şəbəkələrdə avtomobilin təhlükəli manevr etməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanıb15-06-2020, 17:54 |
|
Sərt karantin rejimi dövründə sosial şəbəkələrdə Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində avtomobilinin təhlükəli manevr etməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanıb. Rubrika.Az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O qeyd edib ki, avtomobilin yeri Bakı şəhər üzrə kameralar vasitəsi ilə müəyyən edilib: "Avtomobilin sahibi və yeri məlumdur. Onun saxlanması istiqamətində işlər aparılır". Rubrika.Az Geri qayıt |