Əsas Səhifə > İdman > “Neftçi“nin futbolçusu “Qarabağ“ formasını geyindi, qalmaqal yarandı - Foto
“Neftçi“nin futbolçusu “Qarabağ“ formasını geyindi, qalmaqal yarandı - Foto15-06-2020, 20:04 |
|
"Neftçi"nin hücumçusu Baqali Dabonun "Qarabağ" formasında fotosu gündəm olub. Rubrika.Az xəbər verir ki, paytaxt klubundan ayrılacağı gözlənilən futbolçunun "Qarabağ"la anlaşdığı müzakirə mövzusuna çevrilib. Sport7.az məsələni araşdırmaq üçün hər iki kluba müraciət edib. "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov Dabonun hansısa "Qarabağ"lı futbolçu ilə dəyişdiyi formanı geyindiyini bildirib. "Neftçi"dən də belə cavab verilib. Belə ki, klubun mətbuat katibi Rüstəm Allahverdiyev Sport7.az-a açıqlamasında bu fikri təsdiqlədi. Lakin bu addımın Daboya baha başa gələcəyini də öyrənmiş olduq. "Qarabağ"a qarşı oynadığımız oyunlarda futbolçular adətən formalarını dəyişirlər. Hər halda Dabo həmin formalardan birini ev şəraitində geyinib və həyat yoldaşı bunu çəkib sosial şəbəkədə paylaşıb. Ancaq futbolçumuzun etdiyi bu hərəkət cəzasız qalmayacaq. Şəxsi həyatında istədiyini edə bilər, ancaq bəzi şeylər publikada nümayiş etdirilməməlidir", - deyə "Neftçi" sözcüsü bildirib. Qeyd edək ki, Baqalı Dabonun bu ayın sonunda "Neftçi"dən ayrılacağı gözlənilir. Rubrika.Az Geri qayıt |