Əsas Səhifə > Hadisə > Lənkərançay çayında 1 nəfər batıb

Lənkərançay çayında 1 nəfər batıb


15-06-2020, 20:11
Lənkərançay çayında 1 nəfər batıb


Lənkərançay çayında 1 nəfər boğulub.

Bu barədə Rubrika.Az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd edilir ki, FHN-in "112" qaynar telefon xəttinə, Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Rubrika.Az
Geri qayıt