Əsas Səhifə > Səhiyyə > Gürcüstanda daha 20 nəfər koronavirusdan sağaldı

Gürcüstanda daha 20 nəfər koronavirusdan sağaldı


16-06-2020, 10:23
Gürcüstanda daha 20 nəfər koronavirusdan sağaldı

Gürcüstanda koronavirusdan sağalanların sayı 20 nəfər artaraq 724-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19-a 879 yoluxma halı təsdiqlənib. Yoluxanların 14-ü vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 710, stasionar nəzarətdə isə 267 nəfər saxlanılır.

Rubrika.Az
Geri qayıt