Əsas Səhifə > Səhiyyə > Koronavirus bu ölkələrdə 10 dəfə daha təhlükəli hal alıb
Koronavirus bu ölkələrdə 10 dəfə daha təhlükəli hal alıb16-06-2020, 11:21 |
|
ABŞ-da koronavirusla əlaqədar Skrips Araşdırma İnstitutunun mütəxəssisləri tərəfindən aparılan tədqiqatlar zamanı maraqlı faktlar ortaya çıxıb. Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, araşdırmaya görə, ABŞ-ın Nyu-York ştatında, İtaliyada və İngiltərədə koronavirus mutasiyaya uğrayıb və bu səbəblə sözügedən yerlərdə virus digər ölkələrlə müqayisədə 10 dəfə artıq yoluxucu və ölümcül hal alıb. Məlumata görə, virusun mutant versiyası digəri ilə müqayisədə 4 qat çox tac quruluşuna malikdir. Bu isə onun insan hüceyrələrinə daha qalıcı şəkildə tutulmasına səbəb olur və ölüm riskini artırır. Qeyd edək ki, araşdırmada koronavirusun 30-dan çox növünün meydana gəldiyi də diqqətə çatdırılıb. Rubrika.Az Geri qayıt |