Əsas Səhifə > Dünya > Zelenskinin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

Zelenskinin həyat yoldaşı xəstəxanaya yerləşdirildi


16-06-2020, 13:00
Zelenskinin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya xəstəxanaya yerləşdirilib.

Rubrika.Az xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının Məbuat xidməti məlumat yayıb.

Məlumata görə, birinci xanıma ikitərəfli poliseqmentar pnevmoniya diaqnozu qoyulub. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Xatırladaq ki, iyunun 12-də Y.Zelenskayanın koronavirus testi pozitiv çıxıb.

Rubrika.Az
Geri qayıt