Əsas Səhifə > Dünya > Qazaxıstan Məclisinin spikerində koronavirus aşkarlandı

Qazaxıstan Məclisinin spikerində koronavirus aşkarlandı


17-06-2020, 10:56
Qazaxıstan Məclisinin spikerində koronavirus aşkarlandı


Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) sədri Nurlan Niqmatulin koronavirusa yoluxub.

Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Məclisin spikerindən 16 iyunda götürülmüş növbəti test nümunələri müsbət nəticə verib.

Palata sədrinin xəstəliyi simptomsuz keçirdiyi və özünütəcrid rejimində qaldığı qeyd olunub.

Rubrika.Az
Geri qayıt