Əsas Səhifə > Cəmiyyət > Mübariz Mənsimovun məhkəməyə çıxacağı tarix bəlli oldu
Mübariz Mənsimovun məhkəməyə çıxacağı tarix bəlli oldu17-06-2020, 23:35 |
|
Hazırda həbsdə olan “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib. Məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edilib. Məhkəmənin ictimaiyyət və mətbuat üçün açıq olub-olmaması ilə bağlı qərarı məhkəmə verəcək. Xatırladaq ki, azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb. /Qafqazinfo RUBRIKA.AZ Geri qayıt |