Əsas Səhifə > Dünya > Poroşenko atasının dəfn mərasimini təxirə saldı
Poroşenko atasının dəfn mərasimini təxirə saldı18-06-2020, 13:17 |
|
Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko məhkəmədə iştirak etdiyi üçün atasının dəfn mərasimini təxirə salmalı olub. Rubrika.Az xəbər verir ki, bu barədə eks-dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko öz feysbuk hesabında məlumat verib. Siyasətçi bu qərarı onun barəsində seçilmiş həbs qətimkan tədbirinin görüləcəyi məhkəmə iclası ilə əlaqədar qəbul edib. Aleksey Poroşenko ilə vida mərasimi 19 iyunda baş tutacaq. Qeyd edək ki, 85 yaşlı A. Poroşenko iyunun 16-da hemorragik insult nəticəsində vəfat edib. Xatırladaq ki, hazırda Ukraynanın sabiq Prezidenti dövlətə xəyanət, qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması, məhkəmə fəaliyyətinə müdaxilə ittihamları daxil olmaqla 15-dən çox cinayət işində iştirak edir.(qafqazinfo.az) Rubrika.Az Geri qayıt |