Əsas Səhifə > Səhiyyə > Koronavirusa yoluxanların sayı 8,5 milyonu ötdü

Koronavirusa yoluxanların sayı 8,5 milyonu ötdü


19-06-2020, 11:30
Koronavirusa yoluxanların sayı 8,5 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 8,5 milyonu ötüb.

Rubrika.Az bildirir ki, bu barədə “Worldometers” məlumat yayıb.

Bildirilir ki, dünyada indiyədək 8 milyon 583 min 928 nəfər koronavirusa yoluxub.

Xəstəliyə yoluxanlardan 456 432 nəfər həyatını itirib.

4 milyon 532 min 598 nəfər isə xəstəlikdən sağalıb.

Rubrika.Az
Geri qayıt