Əsas Səhifə > Cəmiyyət > Sabirabadda Kürdə batan oğlanın cəsədi tapıldı - YENİLƏNİB

Sabirabadda Kürdə batan oğlanın cəsədi tapıldı - YENİLƏNİB


19-06-2020, 11:47
Sabirabadda Kürdə batan oğlanın cəsədi tapıldı - YENİLƏNİB

Ötən gün Sabirabadda Kür çayında batan 14 yaşlı oğlanın cəsədi tapılıb.

RUBRİKA.AZ bildirir ki, virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Sabirabad rayonunun Bulduq kənd sakini, 2006-cı ildə anasan olmuş Emil Fərzalı oğlu Məmmədovun cəsədi bu gün səhər saatlarında, çimərkən boğulduğu yerdən 2 km aralıda Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Virtualaz.org

***20:30

Bu gün günorta saatlarında Kür çayının Sabirabad rayonunun Bulduq kəndindən keçən hissəsində Kür çayında çimmək istəyən 1 nəfər batıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 2006-cı ildə anadan olmuş kənd sakini Emil Fərzi oğlu Məmmədov əmisi uşaqları ilə birgə Kür çayında çimmək istəyərkən üzgüçülük bacarmadığından dərin yerdə batıb.Hazırda suda batan oğlanın cəsədini tapmaq üçün hadisə yerində Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu axtarışlar aparır.

RUBRİKA.AZ
Geri qayıt