Əsas Səhifə > Səhiyyə > Türkiyədə tibbi maska taxmayanlar 900 lirə cərimələnəcək
Türkiyədə tibbi maska taxmayanlar 900 lirə cərimələnəcək19-06-2020, 12:31 |
|
Türkiyədə yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar tibbi maskadan istifadə etməyənlər cərimə ediləcək. Rubrika.Az yenisabah.az-a istinadla bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, bununla bağlı Türkiyənin 81 şəhər valiliyinə təlimat göndərilib. Təlimatda bildirilib ki, 22 iyundan etibarən tibbi maskadan istifadə etməyənlər 900 türk lirəsi məbləğində cərimələnəcək. Tibbi maskalardan istifadə 48 vilayətdə bütün sahələrdə, 33 vilayətdə isə ticarət mərkəzləri, market, restoran, kafe və iaşə obyektlərində məcburi edilib. Rubrika.Az Geri qayıt |