Əsas Səhifə > Dünya > Pompeo Boltonu satqın adlandırdı
Pompeo Boltonu satqın adlandırdı19-06-2020, 18:32 |
![]() ABŞ-ın Dövlət katibi Mayk Pompeo ölkənin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonu satqın adlandırıb. Rubrika.Az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilir ki, M.Pompeo Con Boltonun nəşr etdirmək istədiyi kitabın fraqmentləri ilə tanış olduqdan sonra bu qənaətə gəlib. M.Pompeo qeyd edib ki, D.Trampın keçmiş müşaviri öz kitabında bir sıra yalan iddiaları yaymaqla yanaşı, həmçinin oxucuya yarımçıq həqiqət və uydurmaları çatdırır. Dövlət katibi C.Boltonu etimaddan sui-istifadə etməkdə və ABŞ-a zərər vurmaqda ittiham edib. Rubrika.Az Geri qayıt |