Əsas Səhifə > Hadisə > Yevlaxda evdə partlayış olub, xəsarət alan var
Yevlaxda evdə partlayış olub, xəsarət alan var19-06-2020, 19:09 |
|
Yevlaxda mənzildə partlayış olub. Rubrika.Az-ın verdiyi xəbərə görə, hadisə Xaldan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü Rəsulov Məharət Mehralı oğlu yaşadığı evə daxil olarkən yanğınla müşayiət olunan partlayış baş verib. Nəticədə 26 kv/m sahəsi olan evin 12 kv/m sahəsi yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb və yanğın söndürülüb. İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Yanıq xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |