Əsas Səhifə > Cəmiyyət > FHN-dən dənizdə boğulan idmançının ölümünə münasibət: “Orada çimmək qadağandır”
FHN-dən dənizdə boğulan idmançının ölümünə münasibət: “Orada çimmək qadağandır”19-06-2020, 20:15 |
|
Rubrika.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) MMA idmançısı Anar Bağışovun dənizdə boğularaq ölməsinə münasibət bildirib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin rəisi, mayor Aqşin Əlilinin Oxu.Az-a verdiyi məlumata görə, dənizin o hissəsində çimmək qadağan imiş: “Hadisə Sabunçu rayonu, Bilgəh və Nardaran qəsəbələri arasında “12-ci dalan” adlanan ərazidə baş verib. Həmin ərazi el arasında “rus çimərliyi” kimi də tanınır. Biz dəfələrlə kütləvi informasiya vasitələri ilə əhaliyə bu ərazinin çimmək üçün qadağan edildiyini bildirmişik. Həmin ərazi bizim xidməti ərazimiz olmasa da, orada baş verən hadisələr bizi narahat etdiyi üçün ora qadağanedici lövhələr də yerləşdirmişik. Lakin təəssüf hissi ilə bildiririk ki, bəzi vətəndaşlar qadağalara məhəl qoymayaraq, orada üzürlər və sonda da belə xoşagəlməz bədbəxt hadisələr baş verir". O bildirib ki, həmin ərazidə sualtı hissədə kifayət qədər təhlükəli proseslər baş verir: "Sualtı relyef yarğanlardan, burulğanlardan ibarətdir. Həmin ərazidə sualtı hissə axınları normadan artıqdır. Orada ən sərrast üzgüçü belə batmaq təhlükəsi ilə üzləşə bilər. Hətta bizim dalğıclar orada çətinlik çəkir. Ona görə də sizin sayt vasitəsilə əhaliyə bildirmək istəyirik ki, qadağanedici lövhələrin tələblərinə riayət etsinlər”. "Əhalini daha diqqətli olmağa və nəzarət olunmayan ərazilərdən istifadə etməməyə çağırırıq", - deyə FHN rəsmisi qeyd edib. Rubrika.Az Geri qayıt |