Əsas Səhifə > Cəmiyyət > Bakıdan İstanbula daha iki xüsusi reys olacaq
Bakıdan İstanbula daha iki xüsusi reys olacaq19-06-2020, 20:36 |
|
“Azərbaycan Hava Yolları” 25 və 26 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə daha iki xüsusi reys həyata keçirəcək. ⠀ AZAL-dan Rubrika.Az-a verilən məlumata görə, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul reyslərinə 1-ci Terminalda (Terminal 1) xidmət göstəriləcək. Aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında açıqdır. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır. Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə tanış olun: ⠀ - İnci laboratoriyası - Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80 ⠀ - Referans Klinik Laboratoriya Mərkəzi - Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33 ⠀ - Memorial Klinik, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40 ⠀ İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan Türkiyə klinikalarından biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/…/covid-19-yetkilendiril… Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər. ⠀ AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır. Rubrika.Az Geri qayıt |