Əsas Səhifə > RubrikaTV Video > Sabahdan bu qadağalar olacaq - Video
Sabahdan bu qadağalar olacaq - Video20-06-2020, 12:49 |
|
Məlum olduğu kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda sərt karantin rejimi tətbiq olunacaq. Rubrika.Az bildirir ki, budəfəki məhdudlaşmada “Mall” və iri ticarət mərkəzləri, kafe-restoranlar, bərbərxana və gözəllik salonları, muzey və sərgi zalları bağlanacaq. SMS-lə icazə sistemi aktivləşəcək. Belə ki, yenə də 8103-ə SMS göndərməklə 2 saatlıq küçəyə çıxmaq mümkün olacaq. Yaxın qohumun dəfni üçün isə 102-yə müraciət olunmalıdır. “Qafqazinfo” bu gecədən başlayacaq karantinlə bağlı qaydaları özündə əks etdirən videoçarx hazırlayıb. Həmin materialı təqdim edirik. Rubrika.az Geri qayıt |