Əsas Səhifə > Bölgə > Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yaydı
Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yaydı22-06-2020, 10:12 |
![]() İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub. Rubrika.Az bildirir ki, Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. Hazırda faktla bağlı şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir. Rubrika.Az Geri qayıt |