Əsas Səhifə > Cəmiyyət > Dünən Bakıya gəlmək istəyən 550 maşın geri qaytarıldı
Dünən Bakıya gəlmək istəyən 550 maşın geri qaytarıldı22-06-2020, 10:18 |
|
Dünən Bakıya girişə və çıxışa cəhd edən 900 maşın geri qaytarılıb. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ələt-Astara, Bakı-Şamaxı və Bakı-Quba yollarında qurulan karantin postlarında hərəkətinə icazə verilməyən 900 nəqliyyat vasitəsinin sürücüsü aşkarlanıb: “Rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, eyni zamanda, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil postlarda yoxlamadan Bakıya geri qaytarılıb”. Qeyd edək ki, 21 iyun – 5 iyul tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edilir. Rubrika.Az Geri qayıt |