Əsas Səhifə > Cəmiyyət > Bakıda qardaş qardaşı qətlə yetirdi
Bakıda qardaş qardaşı qətlə yetirdi22-06-2020, 10:52 |
![]() Bakıda qətl hadisəsi baş verib. Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, hadisə iyunun 21-i gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teymur Ramazanov mübahisə zəminində qardaşı, 1968-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teyyub Ramazanovu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Teymur Ramazanov saxlanılıb. Suraxanı rayon prokurorluğundan "Report"a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Rubrika.Az Geri qayıt |