Əsas Səhifə > Səhiyyə > Türkiyədə daha 1 192 nəfər koronavirusa yoluxdu

Türkiyədə daha 1 192 nəfər koronavirusa yoluxdu


22-06-2020, 11:15
Türkiyədə daha 1 192 nəfər koronavirusa yoluxdu

Bu gün Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 950 nəfərə çatıb.

Son bir gündə Türkiyədə koronavirusa daha 1 192 yoluxma qeydə alınıb. Hazırda koronavirus xəstələrinin ümumi sayı 187 685 nəfərdir.

Nazir bildirib ki, son sutkada 1 412 koronavirus xəstəsi sağalıb. Beləliklə, ölkədə koronavirusdan sağalanların ümumi sayı 160 240 nəfərə çatıb.

Rubrika.Az
Geri qayıt