Əsas Səhifə > Cəmiyyət > Azərbaycanın daha 4 rayonuna yeni prokuror təyin edilib

Azərbaycanın daha 4 rayonuna yeni prokuror təyin edilib


22-06-2020, 17:10
Azərbaycanın daha 4 rayonuna yeni prokuror təyin edilib


Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Rubrika.Az APA-ya istinadən bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Bəhruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcək.


Rubrika.Az
Geri qayıt