Əsas Səhifə > Hadisə > Oğuzda kütləvi dava olub, bıçaqlanan var

Oğuzda kütləvi dava olub, bıçaqlanan var


22-06-2020, 19:12
Oğuzda kütləvi dava olub, bıçaqlanan var


Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Rubrika.Az-ın məlumatına görə, bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində 5 nəfər arasında kütləvi dava olub. Dava zamanı bir nəfər - Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



Rubrika.Az


Geri qayıt