Əsas Səhifə > İdman > Qurban Qurbanov bu göstəriciyə görə dünyada 6-cıdır
Qurban Qurbanov bu göstəriciyə görə dünyada 6-cıdır22-06-2020, 19:37 |
![]() “CIES Football Observatory” saytı eyni klubun baş məşqçisi postunda ən uzun müddət çalışan mütəxəssislərin siyahısını açıqlayıb. Rubrika.Az xəbər verir ki, 79 ölkədən 110 liqaya əsasən tərtib olunan siyahıya Fransa Liqa 2-də çıxış edən “Şambri” klubunun baş məşqçisi Bruno Luzi başçılıq edir. Mütəxəssis 6 min 910 gündür bu vəzifədədir. Yüksək liqa təmsilçiləri arasında rekordçu Şimali İrlandiya təmsilçisi “Kruzaders”in baş məşqçisi Stefen Baksterdir – 5 min 586 gün. Ardıcıl yeddinci dəfə Azərbaycan çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov siyahıda 6-cı pillədə qərarlaşıb. Qurbanov 4 min 353 gündür Ağdam klubunu çalışdırır.//Qafqazinfo Rubrika.Az Geri qayıt |