Əsas Səhifə > Hadisə > Bərdədə bərbər iş yerində qayçı ilə öldürülüb
Bərdədə bərbər iş yerində qayçı ilə öldürülüb22-06-2020, 19:45 |
|
Bərdədə saç ustası qətlə yetirilib. Rubrika.Az-ın APA-ya isitnadən xəbərinə görə, hadisə Bərdə şəhərində qeydə alınıb. Şəhər ərazisində fəaliyyət göstərən kişi salonunda işləyən Məmmədov Ceyhun Hüsü oğlu iş yerində öldürülüb. İlkin məlumata görə, onu yanında təcrübəçi kimi çalışan şəxs qayçı ilə qətlə yetirib. Faktla bağlı cinayət işi başlanıb. Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rubrika.Az Geri qayıt |