Əsas Səhifə > Media > Daha bir jurnalist ATV-dən getdi (FOTO)
Daha bir jurnalist ATV-dən getdi (FOTO)22-06-2020, 20:17 |
|
ATV-nin "Xəbərlər" Departamentinin daha bir jurnalisti telekanaldakı fəaliyyətinə son verib. Rubrika.Az xəbər verir ki, müxbir Səbuhi Turan 8 il çalışdığı "ATV Xəbər"dən ayrıldığını açıqlayıb. O, fəaliyyətini SOCAR-ın Təhlükəsizlik İdarəsində rəis müşaviri kimi davam etdirəcəyini bildirib: "Dostlar, 8 il çalışdığım ATV kanalından ayrıldım. Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!". Rubrika.Az Geri qayıt |