Əsas Səhifə > Səhiyyə > Bakıda səfirlik əməkdaşında koronavirus aşkarlandı
Bakıda səfirlik əməkdaşında koronavirus aşkarlandı23-06-2020, 10:55 |
![]() Türkiyənin Azərbaycandakı səfirliyində koronavirusa yoluxma faktı aşkar olunub. Rubrika.Az-in Oxu.Az-a istiandla əldə etdiyi məlumata görə, səfirliyin binasında çalışan azərbaycanlı əməkdaşlardan birində koronavirus aşkarlanıb. Aparılan müayinələr nəticəsində şəxsin ailə üzvləri arasında da virusa yoluxanların olduğu müəyyən edilib. Həmin şəxs və ailəsi pandemiya üzrə xəstəxanalardan birinə yerləşdirilib, müalicələrinə başlanılıb. Onu da qeyd edək ki, pandemiya dövrü ilə əlaqədar olaraq, Türkiyə Səfirliyinin məhdud sayda əməkdaşı zərurət olduğu halda ofisdən çalışır, kollektivin böyük əksəriyyəti onlayn qaydada fəaliyyətini davam etdirir. Rubrika.Az Geri qayıt |