Əsas Səhifə > Cəmiyyət > Vilayət Eyvazovdan yeni TƏYİNAT
Vilayət Eyvazovdan yeni TƏYİNAT23-06-2020, 17:10 |
|
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Rubrika.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib. O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub. Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb. Rubrika.Az Geri qayıt |