Əsas Səhifə > Dünya > Baş katib: “NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”

Baş katib: “NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”


23-06-2020, 17:43
Baş katib: “NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”


“NATO-ya üzv dövlətlər arasında Liviyadakı vəziyyətlə bağlı fikir ayrılıqları var. Lakin eyni zamanda, NATO-ya üzv dövlətlər Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”.

Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO Liviyada baş verənləri yaxından izləyir.

Y. Stoltenberq bildirib ki, NATO-ya üzv dövlətlər Liviya münaqişəsinin siyasi danışıqlar yolu ilə həllini dəstəkləyir.

NATO-nun baş katibi Rusiyanın qırıcı təyyarələrini və muzdlu döyüşçülərini Liviyaya göndərməsindən narahatlığını ifadə edib.

O vurğulayıb ki, NATO-ya üzv dövlətlər Rusiyanın Liviyada qüvvələrinin sayını artırması ilə bağlı kəşfiyyat məlumatlarını öz aralarında paylaşmaqla bağlı razılığa gəlib.



Rubrika.Az
Geri qayıt