Əsas Səhifə > İdman > Superliqa klubu "Qarabağ"ın sabiq qapıçısını istəyir
Superliqa klubu "Qarabağ"ın sabiq qapıçısını istəyir23-06-2020, 18:21 |
|
Hazırda Türkiyənin "Erzurumspor" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Superliqada oynaya bilər. Rubrika.Az "Report"-a istinadən xəbər verir ki, "Göztəpə" təcrübəli qolkiperi heyətinə cəlb etmək niyyətindədir. İzmir təmsilçisinin əsas qapıçısı Beto ilə İstanbul nəhəngləri - "Beşiktaş" və "Qalatasaray" maraqlanır. Beto "Göztəpə"ni tərk edərsə, Şehiçin komandaya cəlb olunma ehtimalı böyükdür. Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da 2013 - 2018-ci ildə çıxış edib. Onun hazırkı klubu ilə sözləşməsi mövsümün sonunda bitir. Şehiçin "Qarabağ"a qayıtmaq ehtimalının olduğu da yazılıb. Rubrika.Az Geri qayıt |