Əsas Səhifə > Səhiyyə > Dünyada koronavirusa 133 mindən çox yeni yoluxma aşkarlanıb - ÜST AÇIQLADI
Dünyada koronavirusa 133 mindən çox yeni yoluxma aşkarlanıb - ÜST AÇIQLADI24-06-2020, 10:50 |
![]() Dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon nəfərə yaxınlaşır. RUBRİKA.AZ bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 133 mindən çox yoluxma aşkar edilib. Təşkilat qeyd edib ki, ötən sitkada təhlükəli infeksiyadan daha 3 847 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 469 587 təşkil edir. Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 8 993 659 nəfərdir. RUBRİKA.AZ Geri qayıt |