Əsas Səhifə > İdman > Azərbaycan boksçusu koronavirusdan öldü

Azərbaycan boksçusu koronavirusdan öldü


24-06-2020, 10:56
Azərbaycan boksçusu koronavirusdan öldü

Azərbaycanda 37 yaşlı boksçu ad günündə koronavirusdan vəfat edib.

Rubrika.Az-in "Qafqazinfo"a istinadla verdiyi xəbərə görə, 1983-cü il təvəllüdlü Ramin Qurbanov 10 gün öncə koronavirusa yoluxduğu aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib. İyunun 22-də doğum günü olub, dostları ona təbriklər yazıb, o da təbriklərlə bağlı paylaşım edib. Həmin gün axşam saatlarında koronavirusdan vəfat edib.

Onun vəfatından bir gün sonra, iyunun 23-də isə anası Nazilə Qurbanova ürək tutmasından dünyasını dəyişib.

R. Qurbanovun 1 azyaşlı qızı var. Onun talassemiya xəstəsi olduğu bildirilir.

Rubrika.Az
Geri qayıt