Əsas Səhifə > Səhiyyə > Dövlət xəstəxanasında koronavirus testinə görə 50 manat ödəniş tələb olunur? - AÇIQLAMA
Dövlət xəstəxanasında koronavirus testinə görə 50 manat ödəniş tələb olunur? - AÇIQLAMA24-06-2020, 12:46 |
|
Sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda analiz üçün ödəniş tələb edilməsi barədə məlumat yayılıb. İddia edilir ki, sözügedən səhiyyə ocağında müxtəlif müayinələr üçün fərqli məbləğlər tələb olunur. Misal üçün, koronavirus (COVID-19) testinin aparılması 50 manata başa gəlir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborator xidmətlər ödənişli əsaslarla göstərilmir: “Orada koronavirus testləri aparılmır”. Rubrika.Az Geri qayıt |