Əsas Səhifə > İstisadiyyat > Masallı-Astara yolunun səmərəli olub-olmadığı öyrəniləcək
Masallı-Astara yolunun səmərəli olub-olmadığı öyrəniləcək24-06-2020, 17:21 |
|
Asiya İnkişaf Bankı (ADB) Masallı-Astara avtomobil yolunun bir hissəsinin yenidən qurulması layihəsinin sosial-iqtisadi faydasını 2022-2023-cü illər ərzində qiymətləndirə bilər. Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən layihəyə dair hesabata görə həmin vaxt ərzində yolun istifadəyə verilməsindən 4 ildən artıq keçəcək, bu da hərtərəfli qiymətləndirmə aparmaq üçün münasibdir. Qeyd edək ki, sözügedən layihə Masallı-Astara yolunun 59 kilometrlik hissəsinin başqa istiqamətdən inşasını, yolboyu 4 ədəd nəqliyyat vasitələri tərəzisinin qurulmasını və dayanacaqların təşkilini, yola qulluq avadanlığının gətirilməsini, ətraf ərazilərdə 120 kilomertədək yerli yolların əsaslı təmirini, yol şəbəkəsinin idarəetməsini gücləndirmək üçün tədbirləri ehtiva edir. 2007-ci ilin 28 sentyabr tarixində ADB ölkənin yol şəbəkəsinin inkişaf proqramı çərçivəsində Masallı-Astara yolunun bir hissəsinin yenidən qurulması üçün 500 milyon ABŞ dolları həcmində multitranş maliyyələşməni təsdiq edib. Bunun 200 milyon ABŞ dolları həcmindəki ilk tranşı həmin ilin 4 oktyabr tarixində təsdiqlənib. Rubrika.Az Geri qayıt |