Əsas Səhifə > İstisadiyyat > BVF neft qiymətləri üzrə proqnozunu yüksəldib
BVF neft qiymətləri üzrə proqnozunu yüksəldib24-06-2020, 18:21 |
|
Beynəlxalq Valyuta Fondu (BVF) 2020-2021-ci illərdə dünya bazarlarında neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib. Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının iyun buraxılışında deyilir. Proqnoza əsasən, 2020-ci ildə neftin ortalama qiyməti bir barel üçün 36,18 ABŞ dolları, 2021-ci ildə isə 37,54 dollar səviyyəsində olacaq. Qeyd edək ki, apreldə Fond bu göstəricilərin müvafiq olaraq 34,80 dollar və 36,40 dollar səviyyəsində olacağını proqnozlaşdırırdı. Bundan əlavə, BVF qeyd edir ki, 2019-cu ildə neftin qiyməti (bir barel üçün) orta hesabla 61,39 dollar təşkil edib. Xatırladaq ki, proqnoz Böyük Britaniya, Dubay və Qərbi Texas neft markalarının orta qiymətləri əsasında verilir. Rubrika.Az Geri qayıt |