Əsas Səhifə > Dünya > 97 nəfərin həyatına son qoyan təyyarə qəzasının səbəbi bilindi – Covid-19
97 nəfərin həyatına son qoyan təyyarə qəzasının səbəbi bilindi – Covid-1925-06-2020, 12:43 |
|
Mayın 22-də Pakistan Beynəlxalq Hava Yollarına məxsus Airbus A320 sərnişin təyyarəsinin Kəraçi üzərində qəzaya uğramasının səbəbi məlum olub. Rubrika.Az "Reuters"ə istinadən xəbər verir ki, qəzaya səbəb pilot və dispetçerin koronavirusdan danışaraq fikirlərinin yayınması olub. Təyyarədə heç bir texniki nasazlığın olmadığı qeyd olunur. Pakistan Mülki Aviasiya naziri Qulam Sarvar Xan pilot və nəzarətçinin təhlükəsizlik qaydalarına əməl etmədiyini, hər ikisinin xəstə qohumlarının olduğu üçün infeksiya haqda danışaraq fikirlərini yayındırdığını vurğulayıb. Təyyarə çox yüksəklikdən enməyə başlayıb. Pilot bunu vaxtında hiss etməyib, sonra isə "Mən bunun öhdəsindən gələrəm" deyib və koronavirusu müzakirə etməyə davam edib. O da qeyd edilir ki, ekipaj kifayət qədər təcrübəli olub və uçuşdan əvvəl tibbi müayinədən keçib. Qeyd edək ki, təyyarə yaşayış sahəsinə düşəüb, bir neçə ev dağılıb. 97 nəfər həlak olub, sağ qalanlar haqqında isə fərqli məlumatlar verilib. Rubrika.Az Geri qayıt |