Əsas Səhifə > Bölgə > Ağsuda 140 nəfər karantini pozduğuna görə cərimələnib
Ağsuda 140 nəfər karantini pozduğuna görə cərimələnib24-06-2020, 19:33 |
|
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, polis əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılıb. Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən 140 vətəndaş barəsində qanunamüvafiq tədbirlər görülüb və hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələniblər. Rubrika.Az Geri qayıt |