Əsas Səhifə > Səhiyyə > Gürcüstanda koronavirusa yoluxanların sayı 917-ə çatdı
Gürcüstanda koronavirusa yoluxanların sayı 917-ə çatdı25-06-2020, 10:14 |
![]() Gürcüstanda son sutka ərzində koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 917-ə çatıb. Həmin şəxslərin 776-sı sağalıb, 14-ü isə vəfat edib. Hazırda ölkə üzrə karantində saxlanılanların sayı 2 744, stasionar nəzarətdə olanların sayı isə 258 nəfər təşkil edir. Rubrika.Az Geri qayıt |