Əsas Səhifə > Səhiyyə > Türkiyədə koronavirusdan ölənlərin sayı 5 mini ötdü
Türkiyədə koronavirusdan ölənlərin sayı 5 mini ötdü25-06-2020, 10:43 |
![]() Son bir gündə Türkiyədə koronavirusa daha 1 492 yoluxma qeydə alınıb. Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 191 657 nəfərə çatıb. Son sutkada qonşu ölkədə 24 nəfər koronavirusdan ölüb. Beləliklə, COVID-19 xəstələrinin sayı 5 025 nəfərə yüksəlib. Bununla yanaşı, son sutkada 1 386 nəfər koronavirusdan sağalıb. Hazırda Türkiyədə COVID-19-dan sağalanların sayı 164 234 nəfərdir. Nazir bildirib ki, bu gün Türkiyədə koronavirusla bağlı 53 486 test aparılıb. Pandemiya ərzində təhlükəli infeksiya ilə bağlı aparılan teslərin ümumi sayı 3 083 121-dir. Rubrika.Az Geri qayıt |