Əsas Səhifə > İdman > Avroliqada oynayacaq klubu tərk edib “Sabah”a keçdi - FOTO
Avroliqada oynayacaq klubu tərk edib “Sabah”a keçdi - FOTO25-06-2020, 17:20 |
|
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Rubrika.Az xəbər verir ki, müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə bağlanıb. 27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib. Xatırladaq ki, “Sabah” bundan əvvəl “Qəbələ”dən Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirmişdi. Kərim Diniyev və Vadim Abdullayevlə isə yollar ayrılmışdı. Rubrika.Az Geri qayıt |