Əsas Səhifə > Siyasət > Azərbaycan və Polşa XİN başçıları arasında telefon danışığı olub
Azərbaycan və Polşa XİN başçıları arasında telefon danışığı olub25-06-2020, 19:23 |
|
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun polşalı həmkarı Yatsek Kşiştof Çaputoviç arasında telefon danışığı olub. Rubrika.Az-ın xəbərinə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib. Telefon danışığı zamanı nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü müzakirə ediblər. Yatsek Kşiştof Çaputoviç Azərbaycan XİN başçısını əmin edib ki, Polşa bu təşəbbüsü dəstəkləyir.//apa.az Rubrika.Az Geri qayıt |