Əsas Səhifə > Cəmiyyət > Vətəndaşlarımız Hindistandan təxliyə olundu
Vətəndaşlarımız Hindistandan təxliyə olundu26-06-2020, 13:13 |
|
Gürcüstandan daha 5 Azərbaycan vətəndaşı Vətənə təxliyə olunur. Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Hazırda Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır. Azərbaycan ərazisinə daxil olan olan kimi həmin şəxslər TƏBİB tərəfindən karantinə alınacaq. Rubrika.Az Geri qayıt |