Əsas Səhifə > Bölgə > “Şahdağ Turizm Mərkəzi”nin külli miqdarda borcu var
“Şahdağ Turizm Mərkəzi”nin külli miqdarda borcu var26-06-2020, 13:45 |
|
Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin dövlət büdcəsinə borcu məlum olub. Rubrika.Az “Report”a istinadən xəbər verir ki, bu günə bu məbləğ 2 353 003,39 manat təşkil edir. Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,8 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur. Rubrika.Az Geri qayıt |