Əsas Səhifə > Hadisə > Azərbaycanda hakim koronavirusdan vəfat etdi
Azərbaycanda hakim koronavirusdan vəfat etdi26-06-2020, 17:05 |
![]() Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib. Rubrika.Az-ın xəbərinə görə, bu barədə deputat Fazil Mustafa məlumat paylaşıb. N.Məmmədovla tələbə yoldaşı olduğunu deyən F.Mustafanın sözlərinə görə, 55 yaşlı hakim Astarada müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib: "Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”. Qeyd edək ki, N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirirdi. Rubrika.Az Geri qayıt |