Əsas Səhifə > Siyasət > “Azərbaycan ordusunun əzmini və dəyanətini sındırmaq mümkün deyil“ - Fazil Mustafa
“Azərbaycan ordusunun əzmini və dəyanətini sındırmaq mümkün deyil“ - Fazil Mustafa26-06-2020, 19:39 |
|
"Azərbaycan ordusunun yarandığı gün bu məmləkətin azadlığını ən ali dəyər hesab edən hər bir vətəndaşımız, soydaşımız üçün doğum günü qədər anlamlıdır". Rubrika.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə etdiyi paylaşımda deyib. "Müstəqilliyimizin qoruyucu immuniteti, bu gün evimizdə rahat oturmamızın səbəbi məhz bu ordunun varlığıdır. Zabit və əsgərlərimizin fədakarlığı, peşəkarlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsinə inamımızı qoruyuruq. Ancaq Qarabağın azadlığı üçün bir əlavə amilə də zərurət var: bu da ordu ilə birlikdə savaş aparmağa hazırlıqlı xalqın olmasıdır. Kimlərsə orduda xidmətdən əsassız yayınacaqsa, kimlərsə hansısa vasitələrlə xidmət etmədən hərbi bilet daşıyacaqsa, kimlərsə rüşvət verib öz övladını "arxa cəbhədə" istirahət etdirməklə məşğul olacaqsa, kimlərsə ordumuzda bu və ya digər vasitələrlə layiq olmadığı rütbələri, vəzifələri daşımağa davam edəcəksə bu birliyi formalaşdırmaq çətin olacaq. Bəzən başqa ölkələrin xüsusi xidmət orqanlarının istiqamətləndirməsi üzrə ləyəqətli Azərbaycan əsgər və zabitlərinə qarşı qondarma cinayət işlərinin açılması, onların sıradan çıxarılması kimi neqativ hallara rast gəlinsə də, bütövlükdə Azərbaycan ordusunun əzmini və dəyanətini sındırmaq mümkün deyil. Azərbaycan ordusunun sıralarında düşmənlə üzbəüz səngərdə tağım komandiri kimi Vətənə xidmət etmiş bir zabit olaaraq nə qədər mətin zabit, gizir və əsgərlərimizin olduğunu bilirəm və əminəm ki, istənilən situasiyada düşmənə ən ağır zərbə vurmaq qabiliyyətinə sahibdirlər. Son günlər Azərbaycanın müdafiə nazirinin də verdiyi qətiyyətli mesajlar onu göstərir ki, ordumuz yetərincə güclüdür və hücum əmrini yerinə yetirməyə hazırdır. Əsas olan xalqla ordunun birliyini qorumaqdır, ordunun arsenalında bundan böyük silah ola bilməz. Milli Ordumuzun yarandığı gün- məhz bu birliyin nümayişi günüdür, Uca Yaradan bu birliyimzii qorusun! Azərbaycan ordusunda azərbaycanlı qeyrəti ilə xidmət edən hər bir zabit, gizir, əsgər və digər texniki personalımızı təbrik edirəm!", - deyə deputat sözlərini bitirib. Rubrika.Az Geri qayıt |