Əsas Səhifə > Bölgə > Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı
Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı29-06-2020, 09:51 |
![]() İyunun 28-də saat 09 radələrində Qazax rayonu, Aslanbəyli kənd sakini 1972-ci il təvəllüdlü Telman Əhmədovun yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. Qazax rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. İlkin istintaqla hadisənin zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Fərrux Məmmədov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Fərrux Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. RUBRIKA.AZ Geri qayıt |