Əsas Səhifə > Səhiyyə > İtaliyada COVID-19-dan ölənlərin sayı 34,7 minə çatıb
İtaliyada COVID-19-dan ölənlərin sayı 34,7 minə çatıb29-06-2020, 10:22 |
![]() İtaliyada bir gün ərzində koronavirusdan ölənlərin sayı 22 nəfər artıb. Bu barədə ANSA agentliyi məlumat yayıb. Qeyd edilir ki, bununla da ölkədə təhlükəli infeksiyadan ölüm hallarının ümumi sayı 34 738-ə çatıb. Məlumata görə, bir gün ərzində COVID-19-a 174 yeni yoluxma aşkar edilib. Beləliklə, koronavirusa yoluxma hallarının ümumi sayı 240 310-a yüksəlib. İtaliyanın baş naziri Cuzeppe Konte daha əvvəl bildirib ki, ölkə koronavirus pandemiyasının kritik həddini üstələyib. Rubrika.Az Geri qayıt |